fc68a8d5-4f20-4d19-a03c-51a56f2b69d9..jpg

Naxçıvanda “Yaşıl bazar” ticarət kompleksi istifadəyə verilib – FOTO

Baxış sayı: 557 dəfə baxılıb.

Naxçıvanda “Yaşıl bazar” ticarət kompleksi istifadəyə verilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 16-da Şərur şəhərində yeni “Yaşıl bazar” ticarət kompleksi istifadəyə
verilib.

Cixisyolu.com-ın xəbərinə görə, Naxçıvan Muxtar Respublikasında Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli kompleksdə
yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 8384 kvadratmetr ərazini əhatə edən kompleksə 132 mağaza,
18 rəfdən ibarət meyvə-tərəvəz satış məntəqəsi, kafe, eləcə də altı texniki
otaq daxildir. Bazarda həmçinin ət, balıq, quşçuluq və süd məhsullarının satışı
üçün tam gigiyenik qaydalara cavab verən yerlər ayrılıb.

Diqqətə çatdırılıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi
inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın əsas hədəfləri
sırasında məşğulluq imkanlarının artırılması və əhalinin həyat səviyyəsinin
yüksəldilməsi kimi vacib məsələlər dayanır.

Yüzlərlə sakinin işlə təmin olunmasına hesablanmış yeni ticarət kompleksinin
tikilib istifadəyə verilməsi Şərur rayonunda məşğulluq probleminin həllinə
mühüm töhfədir. Burada 400 nəfərin işlə təmin olunması nəzərdə tutulur. “Yaşıl
bazar”da əvvəlki illərdə mülkiyyət hüququ pozulmuş 32 rayon sakininə də
ödənişsiz satış yerləri ayrılacaq.

Səlahiyyətli nümayəndə bildirib ki, Şərur ərazisində 100 meqavat gücündə Günəş
Elektrik Stansiyası istifadəyə veriləcək. Bu, rayondakı istixanaların da daha
səmərəli fəaliyyətini təmin edəcək.

F.Nəcəfli satışa çıxarılan təbii məhsulların qablaşdırılması və “Orqanik
Naxçıvan” brendi adı altında geniş tanıdılmasının vacibliyini vurğulayaraq,
bazarda fəaliyyətə başlayacaq hər bir sahibkara uğurlar arzulayıb.

Bazar kompleksinin ətraf əraziləri də abadlaşdırılıb, geniş avtomobil
dayanacağı istifadəyə verilib.

Source link