e9e48656-d383-401f-b50c-233cf7d6875d..jpg

Naxçıvanda yeni avtomobilin istehsalına başlanıldı – FOTO

Baxış sayı: 739 dəfə baxılıb.

Naxçıvanda yeni avtomobilin istehsalına başlanıldı – FOTO

Naxçıvan Avtomobil Zavodu yeni “Maple X3 PRO” avtomobillərinin istehsalına və
satışına başlayıb.

“Report” xəbər verir ki, dinamik görünüşə malik olan yeni model həm
eksteryeri, həm də interyeri ilə diqqəti cəlb edir.

Avtomobil ekonomiklik baxımından da sərfəlidir. Belə ki, “Maple X3 pro”
modellərinin yanacaq sərfiyyatı qarışıq rejimdə 5.9 litr təşkil edir. Arxa park
radar və görüntü kamerası ilə təchiz olunub. Eyni zamanda çoxfunksiyalı sükan,
sensor monitor, USB giriş, dəri oturacaqlar, kondisioner, mərkəzi kilid sistemi
hərəkət zamanı sürücülərə əsl rahatlıq yaşadacaq.

İstehsalçı avtomobili iki variantda – mexaniki və avtomat sürətlər qutusu ilə
təchiz edərək satışa çıxarır.

Avtomobillər istehsal xəttindən buraxıldıqdan sonra xüsusi ayrılmış ərazidə
yoxlanılır, test yürüşü edilərək satış salonlarına göndərilir. Avtomobil Avro 4
standarlarına cavab verir və müxtəlif rəng seçimləri ilə təklif olunur.

Source link