2f907a5a-0860-4c91-b4fe-9353094d811a..jpg

Naxçıvanda yeni dövlət fondu yaradılıb

Baxış sayı: 508 dəfə baxılıb.

Naxçıvanda yeni dövlət fondu yaradılıb

Naxçıvan Muxtar Respublikası (NMR) Ətraf mühitin mühafizəsi və təbii
ehtiyatlardan istifadə üzrə dövlət fondu yaradılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı NMR Ali Məclisi sədrinin
müavini Anar İbrahimov fərman imzalayıb.

Təbii ehtiyatlardan səmərəli istifadə olunması, mineral xammal bazasının
bərpası, ətraf mühitin və yaşıllıqların mühafizəsinin təmin olunması məqsədilə
yaradılan fondun əsasnaməsi də təsdiq edilib.

NMR-in Nazirlər Kabineti və NMR-in Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu
fərmandan irəli gələn məsələləri həll etməlidir.

Source link