56cd4623-059b-48fb-b175-035637cdd756..jpg

Naxçıvanda yeni sənaye sahələri yaradılır

Baxış sayı: 912 dəfə baxılıb.

Naxçıvanda yeni sənaye sahələri yaradılır

Ötən il Naxçıvanda sənaye sahəsinə 36 milyon manatdan çox investisiya
yatırılıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən məlumat
verilib.

“Sənaye ili” çərçivəsində məişət və kənd təsərrüfatı avadanlıqları, çaxır,
dondurma, mebel, ayaqqabı, plastik qapı-pəncərə istehsalı sahələri olmaqla,
ümumilikdə, 16 layihə üzrə işlər başa çatdırılıb, 101 yeni iş yeri açılıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət
göstərən Sahibkarlığın İnkişafı Fondu sənaye məhsullarının istehsalına və
emalına xidmət edən 288 layihənin maliyyələşdirilməsinə 112 milyon 727 min 872
manat, təkcə cari ilin ötən dövrü ərzində isə 4 milyon 993 min manat həcmində
güzəştli kredit verilib.

Muxtar respublikada reallaşdırılan iri sənaye layihələrindən olan Şərur Sənaye
Məhəlləsində işlər davam etdirilib.

Hazırda burada 2 mebel və 1 ayaqqabı istehsalı müəssisəsi fəaliyyət göstərir.

Qeyd edilənlərlə yanaşı, Naxçıvanda yeni Duz İstehsalı Müəssisəsinin,
“Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli
Cəmiyyətinin, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətində salfet və
araq istehsalı sahələrinin yaradılması davam etdirilməkdədir.

Source link