d118c67e-5652-4933-98c0-81bc90b28476..jpg

Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzulidə olublar – FOTO

Baxış sayı: 518 dəfə baxılıb.

Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzulidə olublar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzuli rayonunda olublar.

APA xəbər verir ki, səfərin ilk günündə şəhid ailələrinin üzvləri Füzuli
rayonu Alxanlı, Merdinli, Qaraxanbəyli kəndlərində olub, övladlarının şəhidlik
zirvəsinə ucaldıqları yerləri ziyarət ediblər.

Həmçinin, səfər zamanı onlar Füzulidə aparılan quruculuq işləri ilə də tanış
olublar.

Şəhid ailələrinin üzvləri Xocavənd rayonu Qırmızı Bazar qəsəbəsinə də səfər
ediblər.

Naxçıvandan yola düşən şəhid ailələri sabah Şuşa şəhərinə və Xocavənd rayonuna
da səfər edəcəklər.

Səfər Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətli nümayəndəliyi tərəfindən təşkil edilib.

Source link