c57b66c9-07fd-42c0-b91b-ff75767d5e3e..jpg

Naxçıvandan sonra İmişlidə də zəlzələ oldu – YENİLƏNİB

Baxış sayı: 448 dəfə baxılıb.

Naxçıvandan sonra İmişlidə də zəlzələ oldu – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişli rayonunda üç maqnitudalı zəlzələ olub.

Cixisyolu.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət
Mərkəzi (RSXM) məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Beyləqan stansiyasından 35
km şimal-şərqdə, İmişli rayonunda zəlzələ qeydə alınıb. Təbiət hadisəsi hiss
olunmayıb. Yeraltı təkanlar 23:49-da qeydə alınıb. Zəlzələnin ocağı 15 km
dərinlikdə yerləşib.

20.04.2024 22:09

İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub.

Cixisyolu.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat
yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 22:01-də Naxçıvan stansiyasından 76
kilometr cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb. Zəlzələ
Naxçıvan Muxtar Respublikasının Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Babək
rayonlarında üç bala qədər hiss olunub.

Zəlzələnin maqnituası 4.6, dərinliyi dörd kilometr olub.

22:09

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 4,4 maqnitudalı zəlzələ olub.

Bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi
(AFAD) məlumat yayıb.

İdarənin verilənlərinə əsasən, Bakı vaxtı ilə 22:01-də qeydə alınmış yeraltı
təkanların ocağı yeddi kilometr dərinlikdə yerləşib.

Eyni zamanda, “Report”un Naxçıvan bürosunun məlumatına görə, zəlzələ Naxçıvan
Muxtar Respublikasında da üç bala qədər hiss olunub.

Source link