Naxçıvanın büdcəsi haqqında qanun layihəsi I oxunuşda qəbul olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçirilən plenar iclasında
bölgənin 2024-cü il büdcəsi haqqında qanun layihəsi I oxunuşda qəbul olunub.
“Report”un yerli bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ali
Məclisin deputatı Elman Cəfərli bildirib.
Xatırladaq ki, muxtar respublikanın 2024-cü il üçün nəzərdə tutulan büdcəsinin
516,4 milyon manat olacağı gözlənilir. Bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu
ilə müqayisədə 14,65% azdır.
Naxçıvanın gələnilki büdcəsinin 66,5%-i və yaxud 343,3 milyon manatı dövlət
büdcəsindən ayrılacaq dotasiya hesabına təmin olunacaq. Bu isə bu ilə nisbətən
24,2% azdır.
E.Cəfərli, həmçinin əlavə edib ki, bugünkü iclasda Ali Məclisin İqtisadi
siyasət komitəsinin tərkibində dəyişiklik edilib. Belə ki, Ali Məclis sədrinin
I müavini vəzifəsindən istefa verən Azər Zeynalov və şəxsi müraciəti əsasında
deputat Hüseyn Bağırsoylu komitəyə üzv seçiliblər.