c65be51f-c66c-4948-9919-a2cf6dff2c58..jpg

Naxçıvanın incisi: UNESCO-dan “Yallı” ilə bağlı QƏRAR – FOTO

Baxış sayı: 527 dəfə baxılıb.

Naxçıvanın incisi: UNESCO-dan “Yallı” ilə bağlı QƏRAR – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UNESCO “Yallı (Köçəri, Tenzere), Naxçıvanda ənənəvi qrup rəqsləri”nin Təcili
Qorunma Siyahısında saxlanmasına qərar verib.

Cixisyolu.com xəbər verir ki, qərar Botsvananın Kasane şəhərində keçirilən UNESCO-nun
Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci
sessiyasında qəbul olunub.

Təşkilatın Azərbaycan Milli Komissiyasının “X” hesabında bu barədə paylaşımda
deyilir: “Botsvananın Kasane şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni
irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyasında “Yallı
(Köçəri, Tenzere), Naxçıvanda ənənəvi qrup rəqsləri” elementinin statusuna dair
1-ci məruzə haqqında qərar qəbul edilib”.

UNESCO üzrə Azərbaycan Milli Komissiyasından bildirilib ki, təşkilatın
prosedur qaydalarına görə üzv ölkələr Təcili Qorunma Siyahısında yer alan
nominasiyalarla bağlı mütəmadi qaydada hesabatlar təqdim etməlidirlər:

“Bu hesabat UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin
sessiyasında müzakirə və təsdiq edilir. Nominasiyanın həmin siyahıda
saxlanıb-saxlanılmaması barədə qərar verilir. Azərbaycanın təqdim etdiyi bu
ilki hesabat və görülən işlər təşkilat tərəfindən məqbul hesab olunub və qəbul
edilib”.

Diqqətə çatdırılıb ki, Azərbaycanın ümumilikdə 23 mədəni irs nümunəsi
Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır, onlardan 21-i representativ
siyahıda, qalan ikisi isə təcili qorunma siyahısına daxildir (Biri “Yallı
(Köçəri, Tenzere), Naxçıvanda ənənəvi qrup rəqsləri”, ikincisi isə Covqan
oyunudur). Yəni UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Təcili Qorunma Siyahısında
yer alan “Yallı (Köçəri, Tenzere), Naxçıvanda ənənəvi qrup rəqsləri” barədə
Azərbaycanın təqdim etdiyi hesabat təşkilat tərəfindən qəbul edilib.

Today, in the 18th session of Intergovernmental Committee for Safeguarding of
Intangible Cultural Heritage of#UNESCO
in #Kasane
, #Botswana
, the
decision was adopted on the 1st report on the status of the element “Yalli
(Kochari, Tenzere), traditional group dances of Nakhchivan”
pic.twitter.com/6UqTHQPIf7
— National Commission of Azerbaijan for UNESCO (@UNESCO_AZ) December 7, 2023

Source link