ffbf84a0-9978-420f-a85b-555b4ae7b3b0..jpg

Naxçıvanın sabiq prokuroru həbs edilib?

Baxış sayı: 742 dəfə baxılıb.

Naxçıvanın sabiq prokuroru həbs edilib?

Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi
Şahverdiyevin həbs edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat xidməti Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirib
ki, bəzi media qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının sabiq
prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətə uyğun
olmayan məlumatlar yayılıb:

“Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilir.

Müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq
yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olması
bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə
çatdırılır”.

Qeyd edək ki, yanvarın 31-də Prezident İlham Əliyev Səbuhi Zəhmət oğlu
Şahverdiyevin Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad
edilməsi haqqındaSərəncam imzalayıb.

İlhamə Əbülfət

Source link