89371474-5004-48fd-a6ef-aeabef2d46de..jpg

Naxçıvanın sabiq vəzifəli şəxsinin cinayət işi üzrə zərərçəkmişlər dindiriliblər

Baxış sayı: 717 dəfə baxılıb.

Naxçıvanın sabiq vəzifəli şəxsinin cinayət işi üzrə zərərçəkmişlər
dindiriliblər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq
Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində
hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə ittiham aktı elan
olunub, zərərçəkmişlər dindirilib.

Təqsirləndirilən şəxs Tofiq Həsənov məhkəməyə ərizə ilə müraciət edərək iclasa
videokonfrans formasında qatılıb.

Digər şahidlərin dindirilməsi üçün məhkəmədə dekabrın 19-u saat 10:00-dək
fasilə elan edilib.

Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi
Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.

Sabiq xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.

Source link