2084e83d-9220-46db-bef2-3c9656e5cb3f..jpg

Naxçıvanla Türkiyə arasındakı quru sərhəd açıldı

Baxış sayı: 794 dəfə baxılıb.

Naxçıvanla Türkiyə arasındakı quru sərhəd açıldı

Naxçıvan Muxtar Respublikası sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş
qadağa ləğv edilib.

Cixisyolu.com-ın məlumata görə, fevralın 1-dən Sədərək Gömrük Sərhəd-Buraxılış
Məntəqəsindən avtomobillərin keçidinə icazə verilib.

Sərhədi yalnız Naxçıvan MR-da qeydiyyatı olan şəxslər avtomobilləri ilə keçə
bilərlər.

Hələlik avtobusların gediş-gəlişinə qoyulan qadağa qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2020-ci ildə koronavirus pandemiyası başlayan zaman Azərbaycanın
quru sərhədləri bütün qonşu ölkələr üçün bağlandı. Sadəcə Naxçıvan MR-dən İran
və Türkiyəyə gediş-gəlişə icazə verilirdi.

Ötən il iyulun 1-dən etibarən isə Naxçıvanda da yük maşınları istisna olmaqla
digər avtomobillər üçün keçid tam olaraq dayandırılmışdı.

Source link