ac8dcc90-7c0e-4e57-92ef-547c8067d32d..jpg

Nazənindən Təranə Qumrala məsləhət: “52 min manatlıq saatını satıb maşın alsın”

Baxış sayı: 536 dəfə baxılıb.

Nazənindən Təranə Qumrala məsləhət: “52 min manatlıq saatını satıb maşın alsın”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən şişirdilmiş qiymət deməyəcəyəm. Təəssüflər olsun ki, verilişə gələn digər
həmkarlarım geyindikləri geyim, taxdıqları aksesuarların qiymətini şişirdilmiş
şəkildə deyirlər”.

Axsam.az xəbər verir ki, bu sözləri müğənni Nazənin Salayeva verilişlərin
birində qonaq olarkən deyib. O, geyimlərinin qiymətinin süni şəkildə artıran
həmkarlarını tənqid edib:

“Biri deyir ki, saatımın və üzüyümün qiyməti 52 min manatdır. Amma sürdükləri
avtomobillərinin qiyməti 15-20 mindir. Həyatda beş gün yaşayırıq. Normal
müğənnidirlər, insan arasına çıxırlar, o 52 min manata dediyi saatı satıb
özlərinə yaxşı avtomobil alsınlar. Əyləşib maşına həyatlarının kefini
çəksinlər. Qonşudan, rəfiqələrindən alırlar, mağazadan kirayə götürürlər. Əziz
tamaşaçılar, onların elədikləri sizə görə deyil, bəzi digər müğənnilərə acıq
vermək üçündür. Siz bunu özünüzə götürməyin. Buna görə heç də əsəbləriniz
korlanmasın.

Keçən səfər bir məclisdə idim. Xanımlar yaxınlaşdılar söylədilər ki,
məşhurların efirə çıxıb geyimlərinin qiymətlərini söyləməsi düzgün deyil. İndi
həmin müğənnilərə resept versələr ki, gedin bu dərmanı imkansız şəxsə almaq
lazımdır, onu almamaq üçün 50 bəhanə gətirəcəklər. Amma burada həqiqətən də
şişirdilmiş qiymətlər deyilir. Axı bu göstərişlər nəyə lazımdır? Bu kimi
şeyləri demək Allaha da xoş getmir. İnsanın adamlığı vicdanı, əxlaqı, yaşayışı
gərək bahalı olsun. Qalanları boş şeylərdir. Belə şeylər efirdə danışıb
insanları aldatmaq, ələ salmaq deməkdir”.

Xatırladaq ki, sözügedən verilişdə daha əvvəl Nazəninin qalmaqal yaşadığı
müğənni Təranə Qumral qonaq olaraq ümumilikdə proqrama gəlmək üçün 52 min manat
xərclədiyini açıqlamışdı.

Qeyd edək ki, Nazəninlə Təranə Qumral arasında qalmaqal illər əvvəl televiziya
verilişlərinin birində başlamışdı. Tərəflər bir-birinin ünvanına təhqiramiz
sözlər işlətmişdilər. T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə
sevgili olmaqda günahlandırmışdı.

Source link