Qazaxıstan Avrasiya İqtisadi Birliyi ölkələrinə Qara və Xəzər dənizləri arasında kanalın tikintisinin mümkünlüyünü nəzərdən keçirməyi təklif edib.
ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib.
“Digər perspektivli layihə Qara və Xəzər dənizlərini birləşdirən Avrasiya kanalının tikintisi ola bilər”, – Nazarbayev AİB ölkələrinin toplantısında deyib.
Bundan əlavə, Qazaxıstan Avropa və Asiyanı birləşdirəcək yüksəksürətli Avrasiya magistral yolunun tikintisini təklif edib.