97f3ce55-3186-49bc-a49c-b1fe8b4f0fd8..jpg

Nazilə İsmayılova: “Baş verənlər ermənilərin bizdən necə qorxduqlarının sübutu idi”

Baxış sayı: 666 dəfə baxılıb.

Nazilə İsmayılova: “Baş verənlər ermənilərin bizdən necə qorxduqlarının sübutu
idi”

“Mənə elə gəlir ki, Ermənistan xalqı Azərbaycan Dövlət Himninin orada ikinci
dəfə oxunmasının qarşısını almaq üçün belə bir təxribat törətdi”.

Cixisyolu.com xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa
çempionatından imtina edərək Vətənə qayıdan ağırlıqqaldırma üzrə Azərbaycan
millisinin üzvü Nazilə İsmayılova (49 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda
jurnalistlərə açıqlamasında deyib.

O, əslində, aprelin 14-də İrəvanı tərk etmək qərarına gəldiklərini bildirib:
“Baş verənlər bizdən necə qorxduqlarının və barbar xalq olduqlarının daha bir
sübutu idi. Ermənistana qalib ölkənin vətəndaşı kimi getmişdik.
Təhlükəsizliyimiz də təmin olunmamışdı. Axşam saatlarında hoteli tərk etmək
istəyəndə dedilər ki, sizin təhlükəsizliyinizi təmin edə bilmirik, buradan
çıxmayın. Prezidentİlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın
köməyi sayəsində federasiyamızın nümayəndələri bizi Vətənə sağ-salamat
qaytardılar”.

Xatırladaq ki, 2009-cu ildə Elmar Qasımov gənc cüdoçular arasında keçirilən
Avropa çempionatında qalib olaraq Ermənistanın paytaxtı İrəvanda Azərbaycan
himnini səsləndirib.

Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində
Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib.

Faiq Tahirov

Source link