39fc7bb4-2736-470e-bd20-7eb64d6db6bf..jpg

Nazilə Səfərli: “Gəlinimi görüşə çağırıb, gözünü qorxutmuşdum” – VİDEO

Baxış sayı: 2. 596 dəfə baxılıb.

Nazilə Səfərli: “Gəlinimi görüşə çağırıb, gözünü qorxutmuşdum” – VİDEO

“Çox dərinə getməmişəm. Gəlinimi çağırdım görüşə və bütün mənfilərimi ona
danışdım. Biz axı təkcə müsbətdən ibarət deyilik ki? Sonda isə ona – “sən bizim
kimi bir ailədə yaşaya bilərsən?”, – sualını verdim. Bir sözlə, gəlinimi
qorxutdum. Ona görə etdim ki, görüm, nə qədər önümdə dura biləcək. O, sənin
önündə ağıllı və müdrik davransa, sabah çətinlikləri aşa biləcək”.

Bizim.media xəbər verir ki, bu sözləri şairə və qiraətçi Nazilə Səfərli qonaq
olduğu “Zaurla Günaydın” səhər şousunda deyib.

Oğlu Nurlanın elçiliyindən söz açan sənətçi bildirib ki, evlilik mövzusundan
həm övladı, həm də gəlini Nuranə üzünü ağ edib:

Elçi gedəndə də qız evinə dedim ki, bura oğlumu tərifləməyə gəlməmişəm. Oğlum
anası üçün yaxşı övladdır. Amma mən bilmirəm o, sənin qızına necə ər olacaq.
Çünki onu heç kimin əri statusunda görməmişəm. Sizə yalandan söz verə bilmərəm,
oğlum sənin qızını başında gəzdirəcək, qızın dünya qayğısından azad olacaq.
Necə olacağını bilmirəm. Bəri başdan bunları söylədim. Şükür Allaha ki, oğlum
Nurlan üzümü ağartdı. Elə gəlinim də”.

Qeyd edək ki, fevralın 13-də Nazilə Səfərli ilk dəfə nənə olub. Nurlan və
Nuranə cütlüyünün oğlan övladı dünyaya gəlib.

Source link