f4615231-e887-4fac-9b0f-c6128a07d068..jpg

Nazilə Səfərlidən nazirə: “Üzr istəyirəm, məni məhkəməyə verməyin”

Baxış sayı: 1. 030 dəfə baxılıb.

Nazilə Səfərlidən nazirə: “Üzr istəyirəm, məni məhkəməyə verməyin”

Tanınmış şairə Nazilə Səfərli repetitorluğun ləğvi ilə bağlı müzakirələrə
qoşulub.

Bu barədə “Instagram” hesabında paylaşım edən N.Səfərli elm və təhsil naziri
Emin Əmrullayevə müraciət ünvanlayıb:

“Repetitor ləğv olunmalıdır”, – deyənlərə sözüm var. Yaxşı olardı ki,
məktəblərdə müəllimlərin əməkhaqqı qalxsın və ən yüksək tədris tələb olunsun.
Repetitorlar göydən düşməyiblər ki?! Eyni müəllimlərdir, məktəbdə enerji
xərcləmirlər, dərsdən sonra hər şagird məcbur qalıb aylıq 50 AZN ödəyib
repetisiyasını edir.

Cənab nazir, çözüm aşkar ortadadır. Müəllimi dəyərləndirin və tələb edin.
Görün, onda hansı valideyn uşağının boğazından kəsib repetitora verəcək.

Metodikası yüksək müəllimlər özəl məktəblərə transfer olunur. Çünki maaş
yüksəkdir. Elə edin ki, geri qayıtsınlar. Onda da özəl məktəblərin sahibləri və
daha kimlərin qəzəbinə tuş gələcəksiniz. Bu, mənim şəxsi fikrimdir. Həddimi
aşdımsa, bəri başdan üzr istəyirəm, məni məhkəməyə verməyin”, – deyə o qeyd
edib.

Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev ötən gün verdiyi
açıqlamada Azərbaycanda repetitor fəaliyyətinin ləğvinin gündəm mövzusu
olmadığınıdeyib . O bildirib ki, bu fəaliyyət
dünyanın heç bir yerində ləğv edilməyib.

Source link