207638d9-d4a1-40b0-8946-68811d2de9c0..jpg

Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb

Baxış sayı: 472 dəfə baxılıb.

Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həbsdə olan sabiq deputat Nazim Bəydəmirlinin həbs qətimkan tədbirinin müddəti
bir ay uzadılıb.

“Report” xəbər verir ki, bu barədə Bakı şəhərinin Nərimanov Rayon Məhkəməsində
keçirilən iclasda qərar qəbul olunub.

Qeyd edək ki, eks-deputat ötən ilin iyulunda həbs olunub.

İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu
rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O,
bu il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği
vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri
yayacağını bildirib.

N.Bəydəmirliyə qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu
ilə tələbetmə təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Source link