6a5281d0-55a5-4563-8a45-9778bc49bb2b..jpg

Nazim Əliyev: “Çempionatımızda yerli hücumçularla bağlı qıtlıq yaranıb, hazırda onlara güvən də yoxdur”

Baxış sayı: 527 dəfə baxılıb.

Nazim Əliyev: “Çempionatımızda yerli hücumçularla bağlı qıtlıq yaranıb,
hazırda onlara güvən də yoxdur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çempionatımızda yerli hücumçularla bağlı qıtlıq yaranıb, hazırda onlara güvən
də yoxdur”.

Bunu “Report”a açıqlamasında “Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu Nazim
Əliyev Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün ilk yarısında
bombardirlik yarışında yerli forvardların olmamasına münasibət bildirərkən
deyib.

183 qolla ölkə çempionatlarının tarixinə düşən 60 yaşlı keçmiş oyunçu
klublarda əcnəbi hücumçuların çoxluq təşkil etdiyini bildirib:

“Xarici komandalarda futbolçular transfer edəndə ilk növbədə ön xəttə nəzər
yetirirlər. Sonra digər mövqelərə baxırlar. Burada əsas güc legionerlərin
üzərinə düşür. Amma belə olmamalıdır. Premyer Liqadakı məşqçilər yerli
hücumçulara da şans verməlidirlər. Digər mövqelərdə olduğu kimi, buna da nəzər
yetirməliyik”.

Əliyev ötən mövsümün bombardirləri – Ramil Şeydayev və Musa Qurbanlının
hazırda ölkə xaricində çıxış etdiklərini və təcrübələrini artırdıqlarını
söyləyib. O, bunun milli komandamız üçün yaxşı olduğunu vurğulayıb.

Azərbaycan çempionatları tarixinin ən sərrast forvardı “hazırda Premyer Liqada
hansı yerli hücumçunu fərqləndirərdiniz” sualına isə bu cür cavab verib:

“Məncə, indi kimsə yoxdur. Amma “Neftçi”də Rəhman Hacıyevi xüsusi qeyd
edərdim. Hücumçu olmasa da, hər matçda ona şans verərdim. Meydana çıxır,
qollarını vurur, komandasının qələbələrində pay sahibi olur”.

Qeyd edək ki, hazırda “Qarabağ”ın braziliyalı oyunçusu Olavio Juninyo 13 qolla
Azərbaycan Premyer Liqasında bombardirlərin siyahısına başçılıq edir.
“Səbail”dən Aleksandr Ramalinqom (7 qol) ikinci, Yassin Benzia, Hamidu Keyta,
Leandro Andrade (hamısı “Qarabağ”), Otto Con (“Turan Tovuz”) 6 qolla növbəti
sıralarda yer alıblar.

Source link