Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başlayır.
ÇıxışYolu.Com-ın xəbərinə görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclası noyabrın 21-nə təyin edilib.
İş üzrə 52 zərərçəkmiş şəxs var.
Etibar Məmmədov
www.ÇıxışYolu.Com