d51b1301-7734-4939-8a1b-cf9f776dd0f6..jpg

Nazim Süleymanov “Ximki”nin əvəzedici komandasının baş məşqçisi təyin olunub

Baxış sayı: 804 dəfə baxılıb.

Nazim Süleymanov “Ximki”nin əvəzedici komandasının baş məşqçisi təyin olunub

Azərbaycan millisinin sabiq futbolçusu Nazim Süleymanova Rusiya “Ximki”sində
yeni vəzifə verilib.

Klubun rəsmi saytında verilən məlumata görə, 58 yaşlı mütəxəssis əvəzedici
komandanın baş məşqçisi təyin olunub.

O, daha əvvəl “Ximki”nin U-19 komandasına rəhbərlik edirdi.

Qeyd edək ki, Nazim Süleymanov ötən ilin sentyabrından Rusiya klubunda çalışır.

Source link