Nazir əmr verdi: Azərbaycanda bütün uşaqlara peyvənd vurulacaq

Nazir əmr verdi: Azərbaycanda bütün uşaqlara peyvənd vurulacaq

Baxış sayı: 2. 375 dəfə baxılıb.

Nazir əmr verdi: Azərbaycanda bütün uşaqlara peyvənd vurulacaq

Azərbaycanda “İmmunlaşdırma həftəsi” keçiriləcək.

Səhiyyə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, bu barədə nazir Oqtay Şirəliyev  əmr imzalayıb.

Əmrə əsasən, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin təşkili Səhiyyə Nazirliyinin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılıb.

2019-cu ilin aprel ayının 24-30 tarixlərində baş tutacaq “həftə”yə respublikanın bütün şəhər və rayonları cəlb olunacaq.

Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, ÜST dəstəyi ilə “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə respublikanın rayonlarında monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb.