Nazir: “2024-cü ildə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini
irəliyə aparacağımıza inanırıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan 2024-cü ildə Ermənistanla münasibətlərin normallaşdırılması
prosesini irəliyə aparacağına inanır. Amma 2024-cü ilin ikitərəfli gündəliyi
barədə məlumat vermək erkəndir”.
Cixisyolu.com-ın məlumatına əsasən, bunu xarici işlər naziri Ceyhun Bayramov 2023-cü
ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Ermənistan Azərbaycana sülh planını təqdim edib.
“Azərbaycan həmin plana cavabını verib. İnanırıq ki, növbəti ildə ikitərəfli
təmaslar nəticəsində sülh gündəliyi irəliyə aparılacaq”, – deyə nazir əlavə
edib.