98aaa1d4-36d0-4794-94da-8c78848c7b41..jpg

Nazir: “ASAN xidmət” “Qafqazda ən yaxşı startap nəticələri” mükafatına layiq görülüb” – FOTO

Baxış sayı: 475 dəfə baxılıb.

Nazir: “ASAN xidmət” “Qafqazda ən yaxşı startap nəticələri” mükafatına layiq
görülüb” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın innovativ brendi “ASAN xidmət” qlobal startap xəritəsini
formalaşdıran mötəbər beynəlxalq təşkilat “StartupBlink” tərəfindən innovasiya
ekosisteminin inkişafına və startaplara dəstək mexanizmlərinin təşviqinə görə
“Qafqazda ən yaxşı startap nəticələri” mükafatına layiq görülüb”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında
bildirib.

“Qlobal reytinqə görə, 2023-cü ildə ölkəmiz bu sahədə ən uğurlu 100 ölkə
siyahısında 84-cü yerdə qərarlaşıb. “ASAN xidmət” heyətinə təbriklərimizi
çatdırır və biznes mühitinin inkişafına verdiyi töhfələrə görə təşəkkürümüzü
bildiririk”, – deyə nazir qeyd edib.

Azərbaycanın innovativ brendi “ASAN Xidmət” (@asanxidmat
) qlobal #startap
xəritəsini
formalaşdıran mötəbər beynəlxalq təşkilat “StartupBlink” (@startupblink
) tərəfindən #innovasiya

ekosisteminin inkişafına və startaplara dəstək mexanizmlərinin təşviqinə görə
“Qafqazda ən yaxşı…
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 17, 2024

Source link