Nazir: “Azərbaycan birgə hərbi istehsal müəssisələrinin yaradılmasını davam
etdirəcək”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan yeni birgə hərbi istehsal müəssisələrinin yaradılmasını davam
etdirəcək.
APA xəbər verir ki, bunu Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev
“Azərbaycan-Türkiyə İnvestisiya Forumu”nun panel müzakirələrində deyib. O
bildirib ki, gələn ildən Azərbaycan Müdafiə Sənayesi Nazirliyi diqqətini yeni
müasir istehsal infrastrukturunun yaradılmasına, eləcə də istehsal prosesinə
yeni texnologiyaların tətbiqinə, mövcud istehsalat sahələrinin
müasirləşdirilməsinə yönəldəcək.
“Özəl sektorun bu sahədə iştirakının dəstəklənməsi, özəl sektor və dövlət
arasında tərəfdaşlıqların qurulması, sərmayələrin cəlb edilməsi, birgə
müəssisələrin və birgə istehsal sahələrinin yaradılması müvafiq hüquqi və
qanunverici bazanın formalaşdırılması, qarşıdakı fəaliyyətimizin mühüm bir
hissəsi olacaq”, – nazir əlavə edib.