Azərbaycanın OPEC-ə qoşulması məsələsi gündəmdə deyil. OPEC-lə bu gün mövcud olan əməkdaşlıq bizi qane edir.
ÇıxışYolu.Com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika naziri Pərviz Şahbazov deyib.
Nazir bildirib ki, Azərbaycan hal-hazırda OPEC-lə sıx əməkdaşlıq edir:
“Biz bu əməkdaşlıqdan çox razıyıq. Bundan sonra da “OPEC+” formatında əməkdaşlığı davam etdirəcəyik”.