9e3c1a9b-a1f8-4f34-8991-3f35b46965a1..jpg

Nazir: “Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq” – FOTO

Baxış sayı: 672 dəfə baxılıb.

Nazir: “Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə
açacaq” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakıda gerçəkləşən Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə
açacaq”.

Cixisyolu.com xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli
qırğızıstanlı həmkarı Altınbek Maksutov ilə görüşündə deyib.

Nazir xatırladıb ki, Qırğız Mədəniyyəti Günləri 23-26 aprel tarixlərini əhatə
edəcək.

Söhbət zamanı ötən il “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə
yetirən Azərbaycanın Şuşa şəhərinin qardaş ölkələrin sənət adamlarını və bədii
kollektivlərini bir araya gətirdiyi bildirilib.

Diqqətə çatdırılıb ki, qədim Şuşa 2024-cü il üçün “İslam dünyasının mədəniyyət
paytaxtı” elan edilib. Bu il Şuşa rəngarəng tədbirlərlə türk-islam dünyasının
görüş məkanı olacaq.

Source link