Nazir: “Biz bütün səylərimizi mədəniyyətimizin təşviq olunmasına yönəltməliyik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Biz bütün səylərimizi mədəniyyətimizin təşviq olunmasına yönəltməliyik”.
Cixisyolu.com xəbər verir ki, bu fikirləri “Sülh və qlobal təhlükəsizlik naminə
dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Müxtəliflik
harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi”
sırasında nazirlərin V görüşündə Azərbaycan Respublikasının mədəniyyət naziri
Adil Kərimli deyib.
O, qeyd edib ki, forum ilk təmas rolunu oynayacaq:
“Dini sahədə olan dəyərləri qoruyuruq.
Bəşəriyyətin ümumi gələcəyi üçün müsbət işdir. Müsbət tendensiyadır. Sülh
şəraitində yaşamalıyıq. Bu forum çərçivəsində dünyada baş verənlərə nəzər
yetirəcəyik. Biz birgə çalışmalıyıq. Torpaqlarımız 30 il düşmən tapdağı altında
qalıb. Artıq dövlət sərhədlərimiz işğaldan sonra bərpa edilib. Biz
münasibətləri də mədəniyyət vasitəsilə bərpa etməyə çalışmalıyıq”.
Nazir qeyd edib ki, mədəni müxtəliflik hər zaman qorunub:
“Mədəni irsimizi qoruyub, təbliğ etməliyik. Bizim ümumi tariximiz var. Biz
müharibələri görmüşük. Pandemiya şəraitində yaşadıq. Xəstəliklər yayılıb.
Terror aktı görmüşük. Lakin indi yeni hədəflər var. Qlobal mədəni intibaha
insanları çağıranda görürük ki, dialoq olmasa, özümüzü aciz hiss edirik. COP29
mesajımız odur ki, biz birlikdə işləyib, çalışmalıyıq”.
Nəzrin Vahid