9a962d53-6609-4a72-a283-a74e8db9ea61..jpg

Nazir: “Bu gün qlobal istiləşmə su resurslarına öz təsirini göstərir”

Baxış sayı: 851 dəfə baxılıb.

Nazir: “Bu gün qlobal istiləşmə su resurslarına öz təsirini göstərir”

“Bu gün qlobal istiləşmə baş verir. Təbii ki, bu da su resurslarına öz
təsirini göstərir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər
naziri Muxtar Babayev X Qlobal Bakı Forumu çərçivəsində “Meqatəhdidlər dövrü:
İqlim təhlükəsizliyi; Qida təhlükəsizliyi; Nüvə təhlükəsizliyi” mövzusunda
keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.

O bildirib ki, iqlim dəyişikliyi riskləri bir ölkədə cəmləşməyib: “Bu məsələ
regional səviyyədə müzakirə edilməlidir”.

Nazir qeyd edib ki, Azərbaycanda hazırda daşqınlar daha çox olur:

“Bu, reallıqdır. Əvvəllər isə bu hallar daha az olurdu”.

M.Babayev deyib ki, hazırda azad edilən ərazilərdə artıq yenidənqurma işləri
aparılır, “ağıllı” şəhərlər salınır, yaşıl texnologiyalar tətbiq olunur.

Source link