77bb6b95-792e-4054-b1f9-4e925ac500d8..jpg

Nazir “COP28 və Qarşıdakı Yol” sessiyasında ölkəmizin dayanıqlı enerji potensialı barədə danışıb – FOTO

Baxış sayı: 567 dəfə baxılıb.

Nazir “COP28 və Qarşıdakı Yol” sessiyasında ölkəmizin dayanıqlı enerji
potensialı barədə danışıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Davos İqtisadi Forumu çərçivəsində keçirilən “COP28 və Qarşıdakı Yol”
sessiyasında Azərbaycanın yaşıl enerji təchizatçısına çevrilmək məqsədilə
ortamüddətli dövr üçün hədəfləri istiqamətində həyata keçirilən tədbirlər və
ölkəmizin dayanıqlı enerji potensialı barədə məlumat verdik”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşıb.

O bildirib ki, sərmayələrin yüksək keyfiyyətli ekoloji mühiti dəstəkləyən
sahələrə yönəldilməsinin əhəmiyyətini vurğulayıb.

“Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində səmərəli investisiya
strategiyalarını və karbon tullantılarının sıfıra endirilməsini təşviq edən
tərəfdaşlıqların dəstəklənməsinin iqlim dəyişiklikləri üzrə çağırışlara
verəcəyi töhfələr barədə ilkin gözləntilərimizi ifadə etdik”, – deyə nazir
bildirib.

Davos İqtisadi Forumu (@wef )
çərçivəsində keçirilən “#COP28
və Qarşıdakı
Yol” sessiyasında Azərbaycanın “yaşıl” enerji təchizatçısına çevrilmək
məqsədilə ortamüddətli dövr üçün hədəfləri istiqamətində həyata keçirilən
tədbirlər və ölkəmizin#dayanıqlıenerji

potensialı barədə…pic.twitter.com/QMIZCqyD3P
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 17, 2024

Source link