555beba8-4f35-45d6-aaa1-39bf78298949..jpg

Nazir: “Əməkdaşlıq Komissiyası Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafında mühüm rol oynayır”

Baxış sayı: 525 dəfə baxılıb.

Nazir: “Əməkdaşlıq Komissiyası Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafında
mühüm rol oynayır”

“Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətləri tərəfindən yaradılmış
Əməkdaşlıq Komissiyası ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər
sahələrdə əlaqələrin dərinləşməsində müstəsna rol oynayır”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov
Səudiyyə Ərəbistanının Milli Gününün 93-cü ildönümü münasibətilə keçirilən
tədbirdə deyib.

Nazir xatırladıb ki, Komissiyanın 2022-ci ildə Bakıda keçirilən iclasında
Birgə İşgüzar Şura yaradılıb:

“İşgüzar Şuranın birinci iclası bu ilin aprelində Ər-Riyadda, ikinci iclası
isə iyunda Şuşada keçirilib. Şuranın iclaslarında birgə təşəbbüslərin
genişləndirilməsi məsələləri, o cümlədən Qarabağa investisiya imkanları
müzakirə edilib”.

S.Şərifovun sözlərinə görə, iki ölkə arasında dostluq münasibətləri və
səmərəli əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edir.

“Ölkələrimiz arasında əməkdaşlıq həm ikitərəfli əsasda, həm də BMT, Qoşulmama
Hərəkatı, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində davam edir”, – nazir
qeyd edib.

O, həmçinin Səudiyyə Ərəbistanının Azərbaycanın ərazi bütövlüyü və
suverenliyinə dəstəyinin vacibliyini vurğulayıb.

“Ermənistanın təxribat xarakterli hərəkətlərinin qarşısını almaq üçün
Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirləri müsbət nəticə
verib, ilk gündən təklif etdiyimiz şərtlər qəbul edilib”, – S.Şərifov əlavə
edib.

Source link