3bea9054-e997-4cf7-aa99-81f2d1fbd503..jpg

Nazir getdi, müəmmalı yoxlama başa çatdı

Baxış sayı: 955 dəfə baxılıb.

Nazir getdi, müəmmalı yoxlama başa çatdı

Mədəniyyət Nazirliyinin Kukla Teatrında apardığı yoxlama başa çatıb.

Bu barədə “Qaynarinfo”ya açıqlamasında Dövlət Kukla Teatrının direktoru Rəşad
Əhmədov deyib.

Direktor bildirib ki, nazirliyin apardığı yoxlama ilə bağlı teatra akt
verilməlidir:

“Bir həftədən çoxdur nazirlikdən teatra gələn yoxdur. Yoxlama ilə bağlı sonda
akt yazılmalı və onu bizə bildirməlidirlər. Amma hələ bu günə kimi aktdan bir
xəbər yoxdur, gözləyirik”.

Qeyd edək ki, bir aya yaxındır Mədəniyyət Nazirliyi Kukla Teatrında
yoxlamalara başlayıb.

Teatrın rejissoru Səidə Haqverdiyeva Mədəniyyət Nazirliyini tənqid edəndən
sonra nazirlik sözügedən teatr ocağına yoxlama təyin edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 22 dekabr 2022-ci tarixli Sərəncamı
ilə mədəniyyət naziri Anar Kərimov vəzifəsindən azad edilib.

Source link