Nazir həssas qrupdan olan tələbələrin təhsil haqqısı üçün nə qədər pul xərclənəcəyini AÇIQLADI

Nazir həssas qrupdan olan tələbələrin təhsil haqqısı üçün nə qədər pul xərclənəcəyini AÇIQLADI

Baxış sayı: 1. 770 dəfə baxılıb.

 

Ötən gün Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə Qərara dəyişiklik edib.

Qərara əsasən, həmin tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək.

Qərarla bağlı Təhsil naziri Emin Əmrullayev “Facebook” hesabında məlumat paylaşıb.

O bildirib ki, Nazirlər Kabineti tərəfindən qəbul edilən yeni dəyişikliyə görə, 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək və bu məqsədlə 14 milyon manat vəsaitin ödənilməsi nəzərdə tutulur:

“2019/2020-ci tədris ilinin 2-ci yarımilində 15 209, 2020/2021-ci tədris ilinin 1-ci yarımilində 15 900 nəfərin təhsil haqqı dövlət tərəfindən ödənilib”.

Nazir qeyd edib ki, 2020-ci ildə ümumilikdə 20 800 tələbə bu imkandan yararlanıb.