a2c52cde-dfcf-41ad-8e3b-c13cbce43b9e..jpg

Nazir İmran Mustafayevi Türkiyədə nümayəndə təyin etdi

Baxış sayı: 904 dəfə baxılıb.

Nazir İmran Mustafayevi Türkiyədə nümayəndə təyin etdi

Azərbaycanın Gürcüstandakı səfirliyinin nəzdində Daxili İşlər Nazirliyinin
nümayəndəsi, polis polkovniki İmran Mustafayev vəzifəsindən azad edilib.

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri,
general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə polis polkovniki İmran Mustafayev Azərbaycanın
Türkiyədəki səfirliyinin nəzdində DİN-in nümayəndəsi təyin edilib.

Hələlik Azərbaycanın Gürcüstandakı səfirliyinin DİN nümayəndəsinin rəhbəri
vəzifəsinə təyinat olmayıb.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiq ediblər.

Source link