Nazir məşğulluq orqanlarının fəaliyyətini tənqid edib

Nazir məşğulluq orqanlarının fəaliyyətini tənqid edib

Baxış sayı: 2. 266 dəfə baxılıb.

Məşğulluğun təminatında məşğulluq orqanlarının da rolu artmalıdır. 

ÇıxışYolu.Com xəbər verir ki, bunu Dövlət Məşğulluq Xidmətinin və onun yerli orqanlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən müşavirədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. 

O qeyd edib ki, ölkədə əhalinin təbii artım tempinin mövcud olduğu şəraitdə əmək bazarına daxil olan işçi qüvvəsi artır və məşğulluq orqanlarının fəaliyyəti də bu dinamikaya uyğun qurulmalıdır:

“Hər bir məşğulluq orqanının fəaliyyətinin qiymətləndirilməsi mexanizmi də olmalıdır. Ümumilikdə, dövlət məşğulluq orqanlarının beynəlxalq standartlara cavab verən yeni xidmət modeli formalaşdırılmalıdır”.

Nazir bildirib ki, məşğulluq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin, o cümlədən özünüməşğulluq proqramının səmərəliliyinin artırılması və s. üçün İşçi qrupu tərəfindən təkliflər hazırlanaraq, bir ay ərzində təqdim edilməlidir:

“Sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlar üçün kvota üzrə iş yerlərinin ayrılması sisteminin təkmilləşdirilməsi, məşğulluq sahəsində vahid elektron məlumat bazasının, əmək bazarına dair monitorinq və proqnozlaşdırma sisteminin qurulması vacib vəzifələrdəndir. Bununla əlaqədar konkret təkliflər hazırlanacaq”.

Müşavirə zamanı məşğulluq orqanlarının fəaliyyətinin nəticələri ətraflı təhlil edilərək, nöqsan və çatışmazlıqlar qeyd olunub. 

.
www.ÇıxışYolu.Com