Nazir: Misir Azərbaycanın tranzit potensialından yararlana bilər

Nazir: Misir Azərbaycanın tranzit potensialından yararlana bilər

Baxış sayı: 8. 668 dəfə baxılıb.

Misirlə Azərbaycan arasında ticarət, investisiya, enerji, turizm, sosial və s. sahələrdə əməkdaşlıq var.

ÇıxışYolu.Com xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Misirə işgüzar səfəfri zamanı bu ölkənin baş naziri Şərif İsmayıl ilə görüşündə bildirib. 

O deyib ki, ticarət əlaqələri, xüsusilə də Azərbaycan məhsullarının Misirə ixracı genişləndirilə, Misir şirkətləri daşımalar zamanı Azərbaycanın tranzit potensialından – Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Transxəzər marşrutundan yararlana bilərlər.

Misirin Baş naziri Ş. İsmayıl Azərbaycan nümayəndə heyətinin Misirə səfərindən məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, əməkdaşlığın genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bildirib.

.
www.ÇıxışYolu.Com