0bc0aebb-0790-495c-980d-b0a74e655e29..jpg

Nazir müavini: “Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün böyük işlər görülür”

Baxış sayı: 920 dəfə baxılıb.

Nazir müavini: “Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün böyük işlər
görülür”

“Azərbaycan Mədəniyyət Strategiyası – 2040” sənədi üzərində işlər gedir”.

Cixisyolu.com-ın məlumatına görə, bunu “Azərbaycan teatrı – 150: inkişaf
perspektivləri” mövzusunda keçirilən Teatr forumunda mədəniyyət naziri
vəzifəsini müvəqqəti icra edən, nazirin birinci müavini Adil Kərimli bildirib.

Onun sözlərinə görə, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün böyük
işlər görülür:

“Bu tədbirlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun və Mehriban
Əliyevanın xüsusi əməyi var. Teatr hər zaman yenilənməli, çağdaş dövrə
uyğunlaşmalıdır. Bu forumun məqsədi teatrın problemlərini və perspektivlərini
müzakirə etməkdir”.

O qeyd edib ki, aprelin 20-22- də Kino Forumu keçiriləcək.

İlhamə Əbülfət

Source link