ed7c6514-ee72-43bc-b512-6754a5120fae.webp

Nazir müavini: “Azərbaycanda mineral suların kadastrı hazırlanır”

Baxış sayı: 154 dəfə baxılıb.

“Azərbaycanda sağlamlıq turizminin inkişafı məqsədilə mineral suların kadastrı
hazırlanır”.

Bu fikirləri Cixisyolu.com-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin
müaviniVüqar Kərimov bildirib.

Nazir müavini qeyd edib ki, kadastrda suların müalicəvi tərkibi də əks
olunacaq:

“Azərbaycan ərazisi mineral sularla zəngindir. Ölkəmizdə mineral suların,
bulaqların, quyuların ümumi sayı 930-a yaxındır və bunlardan 113-ü sağlamlıq
turizminin inkişafına xidmət edə biləcək sulardır. Bu, çox böyük potensialdır.
Həmin suların əksəriyyəti Kəlbəcər, Laçın, Şərqi Zəngəzur, Şuşa ətrafı və
Naxçıvanda cəmləşib. Kadastrın hazırlanması ilə suların tərkibi, mənbəyi,
miqdarı və digər xüsusiyyətləri barədə məlumatlar əldə ediləcək ki, bu da
sahəyə investorları, yerli və xarici turistləri cəlb etməyə imkan yaradacaq”.

O əlavə edib ki, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin
edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə
fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılan Komissiya mineral suların
kadastrının hazırlanması və monitorinqinin aparılması üçün İşçi Qrupu təşkil
edib.

“İşçi Qrupu 2025-ci ilin sonunadək monitorinqlər və qiymətləndirmə aparacaq,
məlumatların toplanmasına başlayacaq. Hazırlanan kadastr sağlamlıq turizminin
bu istiqamətdə inkişafına təkan verəcək. Bu, sahibkarlar üçün də əlverişli
şərait yaradacaq, çünki onlar bu kadastrdan istifadə edərək sərmayələrini daha
düzgün istiqamətləndirə biləcəklər”, – deyə nazir müavini vurğulayıb.

Məhərrəm Əliyev

Source link