0c7bbddf-b517-4ea9-aece-80779cf836c3.jpg

Nazir müavini: “Azərbaycanda təhsil proqramlarında iqlim dəyişiklikləri mövzuları əksini tapacaq”

Baxış sayı: 293 dəfə baxılıb.

“Azərbaycanda təhsil proqramlarında iqlim dəyişiklikləri ilə bağlı mövzular
əksini tapacaq”.

“Report” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən İqlim fəaliyyəti üçün
tədqiqat və əməkdaşlığın sürətləndirilməsi konfransında deyib.

Onun sözlərinə görə, bütün dövlətlər, o cümlədən Azərbaycan iqlim
problemlərinin fəsadlarının qarşısını almağa çalışmalı, bu istiqamətdə müvafiq
qərarlar qəbul etməlidir: “2030-cu ilədək temperaturun artımı 1.5 faizdən
yüksək olmamalıdır”.

Nazir müavini bildirib ki, iqlim dəyişmələrinin nəticələri ilə mübarizədə
təhsil çox vacib elementdir:

“Çünki insanları, xüsusilə gəncləri, uşaqları maarifləndirmənin ən yaxşı
metodu təhsildir. Orta və ali təhsil müəssisələrində bununla bağlı addımlar
atılmalıdır. 2024/2025-ci tədris ilində ali məktəbə qəbul olanların sayı ilə
bərabər, iqlim dəyişiklikləri üzrə ixtisasların sayı və onlara maraq da artıb.
Təhsil proqramlarında bu istiqamətdə dəyişikliklər olacaq. Biz gənclərlə bağlı
“Yaşıl bacarıqlar”ın öyrədilməsi üçün strategiya müəyyənləşdirməliyik, eləcə
də, təhsil və elmi müəssisələrin ciddi fəallığı olmalıdır”.

Source link