2ad8607f-b2e5-4fe0-9121-71448da92afb..jpg

Nazir müavini AZAL-ın inhisarçı olmasına dair ittihamlara münasibət bildirib

Baxış sayı: 501 dəfə baxılıb.

Nazir müavini AZAL-ın inhisarçı olmasına dair ittihamlara münasibət bildirib

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) həm sərnişindaşıması, həm də ölkənin
hava limanlarını mülkiyyətində saxlayaraq yerüstü xidmətlər göstərməsi dövlətin
siyasətinə uyğundur”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini, AZAL-ın Müşahidə
Şurasının üzvü Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin Rəqabət Məcəlləsi ilə bağlı keçirdiyi ictimai
dinləmədə, aviaşirkətin inhisarçı olması ilə bağlı ittihamlara cavab verərkən
bildirib.

Onun fikrincə, nazirlik yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət
üzrə Dövlət Xidməti bu məsələdə dövlətin siyasətinə əməl etməlidir.

Komitə sədri, deputat Tahir Mirkişili isə bildirib ki, hazırda Heydər Əliyev
Beynəlxalq Aeroportu ilə AZAL-dan başqa 10-dan çox xarici aviaşirkət uçuş
həyata keçirir:

“Bakının hava limanında sərnişin axınının 40%-i xarici aviaşirkətlərin payına
düşür. Halbuki, İstanbulun Beynəlxalq Hava Limanından sərnişindaşımanın 80%-i
milli aviadaşıyıcıya – “Türk Hava Yolları” şirkətinə məxsusdur”.

Source link