41a2462e-d9e9-4a3e-96dc-c0d065a11907..jpg

Nazir müavini: “Ermənistanda islam abidələrinin heç biri Azərbaycan irsi kimi göstərilməyib”

Baxış sayı: 572 dəfə baxılıb.

Nazir müavini: “Ermənistanda islam abidələrinin heç biri Azərbaycan irsi kimi
göstərilməyib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistanda 25 mindən çox tarixi abidə qeydə alınıb və siyahıya alınan islam
abidələrinin heç biri Azərbaycan irsi kimi göstərilməyib”.

“Report”un xəbərinə görə, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova
“Qərbi Azərbaycana qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının
təqdimatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycana qayıdışla bağlı əsas məsələ bu
ərazilərdə azərbaycanlıların yaşaması həqiqətinin dünya ictimaiyyətinin
diqqətinə çatdırılmasıdır.

“Bu gün Qərbi Azərbaycanda islam abidələri – məscidlər, mədrəsələr və
karvansaraların heç birinin adı çəkilmir. Bu baxımdan, Azərbaycanın
maddi-mədəni irsinin dağıdılmasından dolayı bizim onları mühakimə etmək
haqqımız var. Ona görə də buradakı dağıdılan Azərbaycan maddi-mədəni irsimiz
haqqında beynəlxalq səviyyədə təbliğat işləri həyata keçirməliyik”, – o
vurğulayıb.

Source link