7c48c5a8-f331-4dc7-9a8d-43ee494b2a9a..jpg

Nazir müavini: “Hədəfimiz 2026-cı ildə Azərbaycanda oxuyan əcnəbi tələbələrin sayının 75 minə çatmasıdır”

Baxış sayı: 499 dəfə baxılıb.

Nazir müavini: “Hədəfimiz 2026-cı ildə Azərbaycanda oxuyan əcnəbi tələbələrin
sayının 75 minə çatmasıdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda oxuyan əcnəbi tələbələrin sayının 2026-cı ildə 75 minə çatması
hədəfdir.

“Report”un xəbərinə görə, bunu Azərbaycanda beynəlxalq təhsil imkanları adlı
tədbirdə çıxışı zamanı elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.

O qeyd edib ki, Azərbaycanda əcnəbi tələbələrin və onların əhatə dairəsinin
artığı müşahidə edilir.

“Bunun üçün sistemli iş tələb olunur ki, bütün bu istiqamətdə atılan addımlar
vahid olarsa, nəticə daha da müsbət olacaq. Ölkədə ali təhsilə qəbul 60 min
nəfəri keçib. Biz bu sayın 2026-cı ildə 75 min nəfərə çatdırılmasını
hədəfləmişik”, – deyə nazir müavini söyləyib.

Onun fikrincə, əcnəbi tələbələrin ölkədə artmasına töhfə verən digər
addımlardan biri də özəl universitetlərin əcnəbi tələbələr üçün ayırdığı
təqaüdlərdir.

“Düşünürəm ki, bu cür addımların sistemli atılması təhsilimizin gələcəyi üçün
daha səmərəli olacaq”, – deyə H.Həsənli əlavə edib.

Source link