ce576236-2e3f-4fd7-8d7f-b28b1d4baf95..jpg

Nazir müavini: “İqlim dəyişmələri Qobustan qayaüstü rəsmlərinə mənfi təsir edib” – FOTO

Baxış sayı: 625 dəfə baxılıb.

Nazir müavini: “İqlim dəyişmələri Qobustan qayaüstü rəsmlərinə mənfi təsir
edib” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“COP29 tədbirinin ölkəmizdə keçirilməsi ilə bağlı qərar beynəlxalq
ictimaiyyətin Azərbaycana böyük etimadının göstəricisidir”.

Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası mədəniyyət nazirinin
müavini Səadət Yusifova VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində
keçirilən “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni
irs” adlı panel sessiyasında çıxışı zamanı deyib.

O xatırladıb ki, 2024-cü il həm də Prezident tərəfindən “Yaşıl dünya naminə
həmrəylik ili” elan edilib:

Nazir müavini qeyd edib ki, Azərbaycan iqlim dəyişmələrinə töhfə verməyə
hazırdır:

“Azərbaycandakı mədəni irs nümunələri də iqlim dəyişmələrindən
sığortalanmayıb. İqlim dəyişmələri Qobustan qayaüstü rəsmlərinə də mənfi təsir
edib. İqlim dəyişmələri memarlıq nümunələrindən də yan keçmir. Bu gün Xəzərdə
suyun səviyyəsinin, Kür, Araz çayında sululuğun azalması müşahidə edilir. Qeyd
etmək lazımdır ki, iqlim dəyişmələri torpağın eroziyasını da sürətləndirir.
Buzlaqların əriməsi, sel hadisələrinin sayının artması müşahidə edilir”, – deyə
o əlavə edib.

Nəzrin Vahid

Source link