Bakı şəhəri, Nəsimi rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın təxminən üç saatdan artıq davam edib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
Nazir müavini yanğının gec söndürülməsini su qıtlığı ilə əlaqələndirib:
“Hazırda yollarda tıxac var və bu da yanğınsöndürən maşınların hadisə yerinə vaxtında cəlb edilməsinə çətinlik yaradıb”.
Onun sözlərinə görə, yanğına 25 texnika, 100-ə qədər canlı qüvvə cəlb olunub. Xəsarət alan yoxdur.
Etibar Mirzəyev hazırda yanğının səbəbləri araşdırıldığını qeyd edib.
Rəna Hüseynova
www.ÇıxışYolu.Com