Kənd Təsərrüfatı Nazirliyində səlahiyyət və vəzifələrini yerinə yetirən kadrlarla bağlı heç bir dəyişiklik olmayacaq.
ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev son zamanlarda təmsil etdiyi qurumda kadr islahatlarına münasibət bildirərkən deyib.
“Kadr dəyişikliyi problem deyil. Nazirin məqsədi yaxşı kadrları, elmi potensialı, savadı olan kadrları aktivləşdirmək və onlardan səmərəli istifadə etməkdir. Hansı kadr ki, öz işini, səlahiyyətini normal həyata keçirir, onu dəyişməyə ehtiyac yoxdur”.
Nazir müavini “Aqrolizinq” ASC-nin rəhbərinin dəyişdirilməsi məsələsinə də toxunub:
“Yeni nazir əvvəlki sədr Elşən Məmmədovun fəaliyyətindən narazı qalıb. “Aqrolizinq”də hansısa nöqsanlar, çatışmazlıqlar olub. Ora yeni nəfəs vermək üçün gənc kadrlar təyin olunub. İnanıram ki, yeni təyin olunanlar etimadı doğruldacaq”.