f274009e-13c2-47b7-9f2d-cb2d62b8c30c..jpg

Nazir müavini: “Naxçıvanda aqrar islahatların aparılmasına ehtiyac var”

Baxış sayı: 991 dəfə baxılıb.

Nazir müavini: “Naxçıvanda aqrar islahatların aparılmasına ehtiyac var”

“Naxçıvanda aqrar islahatların aparılmasına ehtiyac var”.

“Report” xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı
nazirinin müavini Xəyalə Dadaşova “Naxçıvan” televiziyasına müsahibəsində
deyirb.

X.Dadaşovanın sözlərinə görə, artıq bir aya yaxındır, apardığı təhlilər ona
əsas verir ki, Naxçıvan Muxtar Respublikasında aqrar islahatlar aparılmalıdır:
“Əgər təhlillə yanaşsaq, Azərbaycanın digər regionlarına münasibətdə Naxçıvan
Muxtar Respublikasında aqrar sahə çox geridə qalır. Sahəni inkişaf etdirməyə
çalışırıq. Təbii ki, inkişaf tarladan, sahədən deyil, ilk növbədə Kənd
Təsərrüfatı Nazirliyinin özündən başlayacaq. Kənd Təsərüfatı Nazirliyinin
hazırkı strukturu imkan vermir ki, aqrar sahədə vahid idarəetmə sistemi olsun.
Bu sahədə idarəetmə sistemi pərakəndə şəkildədir.

Naxçıvan Muxtar Respublikasında bitkiçilik sahəsi inkişaf edib. Amma
rayonların heç birində nazirliyin bu sahə üzrə fəaliyyət göstərən qurumu
yoxdur. Yəqin ki, struktur dəyişikliyi aparılacaq. Dəyişiklik zamanı rayonlarda
dövlət aqrar inkişaf mərkəzlərnin yaradılması məsələsinə baxılacaq”.

Xəyalə Dadaşova qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında aqrar sahənin
inkişafı ilə bağlı geniş miqyaslı strategiya hazırlanır: “Strategiyada əsas yer
alanlardan biri struktur dəyişikliyinin aparılmasıdır. İkinci məsələ kadr,
işçilərin qiymətləndirilməsidir.

Apardığım təhlilərdə gəldiyim qənaət eyni zamanda kadrların, işçilərin bilik
və bacarıqlarının çox aşağı olmasıdır. Hazırda müasir tələblərə cavab verən
istiqamətləri həmin mütəxəssislərdə görmürəm. Yəqin ki, bununla bağlı
attestasiya aparılacaq. Attestasiyadan uğurla keçən işçilərin ixtisas artırma
kurslarına cəlb olunması həyata keçiriləcək”.

Source link