cce7f748-04b6-419c-86cb-91258f4ee61a..jpg

Nazir müavini: “Qazaxıstanda Azərbaycanın ticarət evlərinin sayını artırmaq lazımdır”

Baxış sayı: 684 dəfə baxılıb.

Nazir müavini: “Qazaxıstanda Azərbaycanın ticarət evlərinin sayını artırmaq
lazımdır”

“Qazaxıstanda Azərbaycanın ticarət evlərinin sayını artırmaq lazımdır”.

Bunu “Report”a açıqlamasında Qazaxıstanın ticarət və inteqrasiya nazirinin
müavini Kairat Torebayev deyib.

O, Astanada Azərbaycan Ticarət Evinin, Aktauda isə onun nümayəndəliyinin
fəaliyyət göstərdiyini vurğulayıb.

“Ticarət Evinin Qazaxıstanın işgüzar paytaxtı olan Almatıda da təmsil
olunmasını tövsiyə edərdim”, – deyə Qazaxıstan rəsmisi qeyd edib.

Onun sözlərinə görə, ticarət evinin açılması ikitərəfli ticarətin inkişafına
yönəlib və Qazaxıstan bu tədbirləri dəstəkləyir.

“Azərbaycan və Qazaxıstan mühüm ticarət tərəfdaşlarıdır, biz geniş spektrli
məsələlər üzrə rəqabət aparmırıq, əksinə, bir-birimizi tamamlayırıq. Lakin bu
baxımdan ticarətin həcmi çox kiçikdir və potensiala uyğun deyil”, – nazir
müavini deyib.

K.Torebayev Qazaxıstanda Azərbaycan Ticarət Evinin açılışında şəxsən iştirak
etdiyini də əlavə edib:

“Bu, mənim üçün əlamətdar hadisə idi. Ölkələrimizin ticarət, mədəniyyət və
digər sahələr üzrə daha da yaxınlaşdırılması üçün qardaşlarımızın atdıqları
addımlara həmişə sevinirəm”.

Nazir müavininin sözlərinə görə, ticarət evinin böyük perspektivləri var,
çünki ticarət dövriyyəsi həmişə alıcının məlumatlılığı ilə bağlı olur.

“Dinamik inkişaf edən Azərbaycan biznesi ilə bağlı Qazaxıstanda mövcud olan
məlumat boşluğu aradan qaldırılmalı olan maneədir”, – Torebayev deyib.

O, bir gün əvvəl Azərbaycan şirkətlərinin nümayəndələri ilə görüşdüyünü və
onların neft kimyası, bank işi və s. üzrə məhsulları ilə tanış olduğunu da
bildirib.

Source link