Nazir müavini: Separatçı rejim danışıqlarda iştirak edə bilməz

Nazir müavini: Separatçı rejim danışıqlarda iştirak edə bilməz

Baxış sayı: 2. 757 dəfə baxılıb.

Dağlıq Qarabağdakı separatçı rejim danışıqlarda tərəf qismində iştirak edə bilməz.

ÇıxışYolu.Com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. 

“Bu, nonsensdir, real deyil. Bu, danışıqlar prosesinə və onun predmetinə uyğun deyil. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir”, – o qeyd edib.

Nazir müavini vurğulayıb ki, danışıqların formatı əvvəldən müəyyən olub: 

“Artıq danışıqlar formatı təsdiqlənib. ATƏT çərçivəsində format bəyan olunub. Danışıqlarda münaqişə tərəfi kimi Ermənistan və Azərbaycan, vasitəçi kimi Fransa, ABŞ və Rusiya iştirak edir. Biz inanırıq ki danışıqlar bu formatda da davam etdirilməlidir.

Torpaqlarımızın tezliklə işğaldan azad olunması bir nömrəli məsələ kimi danışıqların mövzusu olacaq. Əvvəllər də belə cəhdlər olub. Lakin bu, real deyil, cəfəngiyyatdır, danışıqlar prosesinə uyğun gəlmir. Dağlıq Qarabağ işğal olunmuş Azərbaycan ərazisidir və müzakirə predmeti deyil”, – deyə o vurğulayıb.

www.ÇıxışYolu.Com