cb105b0a-5139-413c-a529-9565fd324d04..jpg

Nazir Neftçala və Oğuz rayonuna polis rəisi TƏYİN ETDİ

Baxış sayı: 574 dəfə baxılıb.

Nazir Neftçala və Oğuz rayonuna polis rəisi TƏYİN ETDİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftçala və Oğuz Rayon Polis Şöbəsinə rəis təyin edilib.

“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri
general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin rəisi, polis
polkovnik-leytenantı Emil Cavadov Neftçala Rayon Polis Şöbəsinin rəisi təyin
edilib.

Nazirin digər əmri ilə, Nəsimi RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis
polkovnik-leytenantı Fərid Fətəliyev Oğuz Rayon Polis Şöbəsinin rəisi
vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüsal
Şəbəndəyev işdən çıxarılıb.

Source link