Nazir: OPEC ölkələrinin əməkdaşlığı davam etdirilməlidir

Nazir: OPEC ölkələrinin əməkdaşlığı davam etdirilməlidir

Baxış sayı: 4. 472 dəfə baxılıb.

Neftin qiymətinin sabit qalması üçün OPEC ölkələrinin əməkdaşlığı davam etdirilməlidir.

ÇıxışYolu.Com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, həm OPEC, həm də qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan bu fəaliyyəti davam etdirməyi düşünür.

Nazir xatırladıb ki, bu ilin iyun ayında Vyanada OPEC-in nazirlər səviyyəsində görüşü planlaşdırılır:

“Ümid edirik ki, orada yenə də çox faydalı qərarlar qəbul ediləcək. Bu da neftin qiymətinin bazarda sabitləşməsinə xidmət edəcək”.

Leyla Əliyeva
www.ÇıxışYolu.Com