aa3f834d-bf16-4e1b-adad-5e1f98c1f72c..jpg

Nazir: “Prezident haqsız rəqabətlə mübarizə aparmaq barədə tapşırıq verib”

Baxış sayı: 524 dəfə baxılıb.

Nazir: “Prezident haqsız rəqabətlə mübarizə aparmaq barədə tapşırıq verib”

Prezident İlham Əliyev haqsız rəqabətin bizim üçün böyük yara olduğunu xüsusi
qeyd edib və bununla mübarizə aparılması barədə tapşırıqlar verib.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında – Rəqabət Məcəlləsinin
ikinci oxunuşda müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Sağlam rəqabət ölkədə iqtisadi inkişafı təmin edən əsas amillərdəndir.
Ədalətli rəqabətdən, qiymətlərin azalmasından, məhsul çeşidinin
genişlənməsindən təkcə sahibkarlar, dövlət deyil, həm də istehlakçılar, sadə
vətəndaşlar qazanır. Rəqabətin qarşısında süni maneələrin olması bir qrup
sahibkarın maraqlarına xidmət edir”, – deyə nazir əlavə edib.

“İşgüzar mühitdə, xüsusilə də vergi-gömrük rejimində, sahibkarlarla ünsiyyətdə
dəyişiklik olmadan rəqabətin səmərəli və effektiv şəkildə təmin edilməsi
gözlədiyimiz effekti verməyəcək. Bunun sadə səbəbi var. Rəqabət bərabər şərait
deməkdir. Əgər biz bu şəraiti fiskal çərçivədə vergi yükündə əks etdirə
bilmiriksə, o zaman müəyyən dövrə qədər rəqabətin başqa hansı fərqli
elementlərindən danışmağa dəyər? Uzun müddət idi ki, bizə Rəqabət Məcəlləsinin
qəbul olunmaması ilə bağlı müəyyən suallar ünvanlanırdı. Düşünürəm ki, bu
suallara əsas cavabım belə olardı”, – deyə M.Cabbarov əlavə edib.

Source link